"Rubin" "Atletiko"nun Avroliqa seriyasına "dur" dedi...

"Rubin" "Atletiko"nun Avroliqa seriyasına "dur" dedi...

Dünən axşam futbol üzrə UEFA Avropa Liqasının 1/16 final mərhələsi çərçivəsində Madrid "Atletiko"sunu qəbul edən Kazan "Rubin"i, Arda Turanın komandasına kabus yaşadıb. Siasport.az saytı xəbər verir ki, UEFA Avropa Liqasının son iki ildəki çempionu olan "Atletiko" klubu, ilk qarşılaşmada 0:2 hesabı ilə məğlub olduğu Kazan təmsilçisinə cavab qarşılaşmasında 1:0 hesabı ilə qalib gəlsə də, bu onun yoluna davam etməsi üçün əsas olmayıb. Beləliklə, "Rubin" daha bir uğura imza ataraq, Avropanın güclü klublarından birini Avroliqadan uzaqlaşdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə