Avropanın milli çempionatlarında mübarizə davam edir
Çempionatlar finala yaxınlaşdıqca bombardirlər yarışında da mübarizə qızışır. Hazırda milli birinciliklərdə ən çox qol vuran futbolçu Lionel Messidi. Argentinalı forvard La Liqanın 24 turunda 37 qola imza atıb. Ötən mövsüm Messi ilə sona qədər başa-baş mübarizə aparan, sonda əsas rəqibindən 4 top geri qalan (50-46) Kriştiano Ronaldo indi argentinalıdan çox geri düşsə də, Avropanın ən çox qol vuran ikinci futbolçusudu. "Real"ın portuqaliyalı ulduzu 24 turda 24 qol vurub.
Ən çox qol vuran üçüncü futbolçu Fransa Liqa 1-də mübarizə aparır. Belə ki, "Milan"ı PSJ-yə dəyişən isveçli forvard 25 turda 21 dəfə fərqlənib.
"Böyük beşlik"in digər ölkələrinə gəlincə, İngiltərədə Robin van Persi 19, Almaniyada Mario Mandzukiç 15, İtaliyada Edinson Kavani 18 qol vurub.
Türkiyə Super Liqasınıq bombardirlər yarışında çoxşakimiyyətlilikdi. Belə ki, "Qalatasaray"dan Umut Bulut və Burak Yılmaz, "Kasımpaşa"dan Kalu Uçe və "Kayserispor"dan Bobo eyni sayda qol vurub – 12. Şotlandiyada da vəziyyət eynidi. Billi MakKay, Leyq Qriffits və Mixael Hiqdon 17 qola imza atıb.
Portuqaliyada Cakson Martinez, Belçikada Karlos Bakka, Danimarkada Andreas Kornelius və Aron Yohannsson, Hollandiyada isə Boni Vilfried bombardirlər yarışının lideridi.
İspaniya
Lionel Messi (Barselona) – 37
Kriştiano Ronaldo (Real) – 24
Radamel Falkao (Atletiko) – 20
Ruben Kastro (Betis) – 12
Roberto Soldado (Valensiya) – 12
Arits Aduris (Atletik) – 12
İngiltərə
Robin van Persi (Mançester Yunayted) – 19
Luis Suares (Liverpul) – 18
Miçu (Suansea) – 15
Demba Ba (Çelsi) – 14
Qaret Bale (Tottenhem) – 13
Almaniya
Mario Mandzukiç (Bavariya) – 15
Stefan Kiesslinq (Bayer) – 15
Robert Levandovski (Borussiya D) – 14
Aleksander Meyer (Ayntraxt) – 12
Adam Szalay (Maynts 05) – 12
İtaliya
Edinson Kavani (Napoli) – 18
Stephan El Şaaravi (Milan) – 15
Antonio Di Natale (Udineze) – 14
Stevan Yovetiç (Fiorentina) – 11
Pablo Osvaldo (Roma) – 11
Erik Lamela (Roma) 11
Fransa
Zlatan İbrahimoviç (PSJ) – 21
Bafetimbi Qomis (Olimpik L) – 12
Pierre Aubameyanq (Sent Etyenn) – 12
Dario Çvitaniç (Nitsa) – 12
Türkiyə
Umut Bulut (Qalatasaray) – 12
Kalu Uçe (Kasımpaşa) – 12
Burak Yılmaz (Qalatasaray) – 12
Bobo (Kayserispor) – 12
Portuqaliya
Cakson Martinez (Portu) – 20
Albert Meyonq Ze (Vitoriya) – 13
Oskar Kardozo (Benfika) – 12
Eder (Braqa) – 11
Lima (Benfika) – 11
Şotlandiya
Billi MakKay (İnverness) – 17
Leyq Qriffits (Hibernian) – 17
Mixael Hiqdon (Mothervell) – 17
Niall Makqinn (Aberdeen) – 16
Hari Hooper (Seltik) – 13
Belçika
Karlos Bakka (Brügge) – 18
Savaneh Ebrahim İbou (Oud-Heverlee) – 17
Dieumerki Mbokani (Anderlext) – 17
Jelle Vossen (Genk) – 16
İmoh Ezekiel (Standard) – 13
Danimarka
Andreas Kornelius (Kopenhagen) – 14
Aron Yohannsson (Aarhus) – 14
Ronni Şkvartz (Randers) – 10
Hollandiya
Boni Vilfried (Vitess) – 19
Qraziano Pelle (Feyenoord) – 17
Altidore (Alkmaar) – 16
Alfred Finnboqason (Heerenveen) – 16
Georginio Vijnaldum (PSV) – 13
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB