Xəzər rayon Gənclər və İdman İdarəsi Xəzər rayon Mütəxəssis Hazırlığı məktəbi ilə birgə Mərdəkan qəsəbəsindəki Tirdə Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında güllə atıcılığı üzrə "Mahir nişançı" rayon turniri keçirib. Siasport.az saytının məlumatına görə, yarışda tərkibi 5 nəfərdən ibarət (3 oğlan, 2 qız), ümumilikdə 20 komanda iştirak edib. Yekun nəticələrə görə, I yerə 181 № -li tam orta məktəb, II yerə 235 №-li tam orta məktəb, III yerə isə 234 №-li tam orta məktəb layıq görülüb.

I, II, III yerləri tutmuş komandalar Xəzər rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...