İstanbulun "Beşiktaş" futbol klubunun slovakiyalı forvardı Filip Holokso, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, ulduz futbolçu jurnalistlərlə söhbətində bildirib ki, o komanda yoldaşı olan həmyerlisi Sivokla birgə Türkiyə vətəndaşlığını qəbul etmək istəyirlər. Artıq Türkiyədə özlərini rahat və təhlükəsiz hiss etdiklərini deyən F.Holosko qeyd edib ki, onun ailəsi üçün Türkiyə əziz bir ölkədir. Bundan sonra da burada yaşamaq istədiklərini deyən F.Holosko deyib ki, artıq "Beşiktaş" futbol klubunun rəhbərliyi bu məsələ ilə bağlı lazımı işlər görürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə