Topaz Premyer Liqasının XXI turunda "Bakı" ilə üz-üzə gələcək "Simurq" klubu hazırlıqları ara vermədən davam etdirir. Siasport.az saytının məlumatına görə, bu gün növbəti məşqinə çıxan Georgi Çixradzenin yetirmələri əsasən texniki və takniki çalışmalardan ağırlıqlı tapşırıqlar üzərində işləyiblər.
Qapıçılar Dmitri Kramarenko, David Pietrzkeiviç və Eyyub Əliyev qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında xüsusi məşq edib.
Hazırda tam heyətlə paytaxt təmsilçisi ilə görüşə hazırlaşan Zaqatala təmsilçisi sabah son məşqinə çıxacaq. Bundan sonra istirahətə çəkiləcək komanda qarşılaşmanın başlama vaxtını gözləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB