UEFA, dünən axşam Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində keçirilən "Qalatasaray"-"Şalke" oyununun ən yaxşı futbolçusunu müəyyən edib. Siasport.az saytı xəbər verir ki, Avropanın ali futbol qurumu "Şalke"nin gənc futbolçusu Yulian Draksleri qarşılaşmada göstərdiyi əzmkar oyuna görə ən yaxşı futbolçu elan edib. Xatırladaq ki, bu gənc futbolçu "Şalke"nin gənclər komandasından əsas komandaya cəlb olunub və baş məşqçi tərəfindən son həftələr əsas heyətdə meydana çıxır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB