Dünən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində İtaliyada yerli "Milan"a 0:2 hesabı ilə məğlub olan "Barselona", cavab qarşılaşmasına nikbin baxır. Siasport.az saytı xəbər verir ki, katalon klubunun futbolçuları iddialı açqılamalarla çıxış edərək bildirirlər ki, onlar "Nou Kamp"dakı qarşılaşmada "Milan"ı məğlub edəcəklərinə heç bir şübhə etmirlər. Andres İnyesta hesab edir ki, "Barselona"nın "Milan"a məğlubiyyətinin əsas səbəbi, onların öz oyunlarını tapa bilməməsi ilə bağlıdır: "Belə turnirlərdə həmişə bu cür sürprizlər olur. Həm də öz oyununu tapmayanda nəticə də belə olur. Amma hər şey bitməyib. Məncə bu cütün taleyinə "Nou Kamp"da aydınlıq gələcək. Hər şey orda həll olunacaq"-deyə A.İnyesta fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB