Murad Ağayev qayıtdı

Topaz Premyer Liqasının 21-ci turu çərçivəsində doğma azarkeşləri qarşısında "Turan"la qarşılaşacaq "Sumqayıt" klubu hazırlığını davam etdirir. Siasport.az saytının məlumatına görə, "Bayıl Arena"da məşqə çıxan komandanın heyətində zədəli futbolçu yer almır. Zədə səbəbindən "Qarabağ"la qarşılaşmada iştirak etməyən Murad Ağayev də artıq sıraya qayıdıb. Əvəzedici heyətin üzvü Fərid Kərimzadə də hazırda əsas komanda ilə hazırlaşır.

Qeyd edək ki, "Sumqayıt" - "Turan" oyunu fevralın 24-də saat 15:00-da "Bayıl Arena"da keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə