Onuncu STATİSTİKA

Topaz Premyer Liqasının XX turunun "Turan"la oyunu daha 1 futbolçunun "Xəzər Lənkəran"da debütü ilə əlamətdar oldu. Siasport.az saytının məlumatına görə, matçda komandanın 3-cü qolunu vuran Gökhan Güleç ilk dəfə ağ-yaşıl formada meydana çıxdı. Bu qarşılaşmayadək 157 futbolçu "Xəzər Lənkəran"da oynamışdısa, türkiyəli legioner bu siyahıya 158-ci kimi daxil oldu. Bu oyunçulardan 14-ü cari mövsüm debüt edib. Güleçə qədər Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto "Beto", Vanderson Skarduell, Dimitrios Sialmas, Akif Tağıyev, Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva, Marin Orsuliç, Uğur Pamuk "Xəzər Lənkəran" tarixinə düşmüşdü.

Gökhan bu tarixdə 97-ci legioner oldu. Digər 61 oyunçu isə Azərbaycan futbolunun yetirmələridir. Milliləşənlər də nəzərə alınmaqla 97-yə çatan legionerlərin 34 ölkəni təmsil edir: : Rumıniya – 18, Braziliya – 12, Türkiyə - 10, Serbiya – 7, Belarus - 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya - 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.

Siyahıdan göründüyü kimi Güleç "Xəzər Lənkəran"ın 10-cu türkiyəli futbolçusudur. Onlar arasında ən çox oyun keçirən Ayhan Devrandır. Qonşu ölkə təmsilçiləri komandada ümumilikdə 146 matç keçirib.

Futbolçu Oyun Qol
Devran Ayhan 51 1
Oqtay Derelioğlu 23 18
Deniz Kolqu 18 0
Fatih Sonkaya 13 0
Göksel Akınçi 12 0
Ahmed Dursun 11 5
Mesut Kumçuoğlu 10 1
Muammer Erdoğdu 4 0
Tunc Kip 3 0
Gökhan Göleç 1 1

Legioner elə ilk oyununda qol hesabını açmaqla "Xəzər Lənkəran"ın qolçular siyahısına da daxil oldu. O, komandanın tarixində fərqlənən oyunçuların sayını 79-a çatdırıb. Güleç "Xəzər Lənkəran"da qol vuran 50-ci legionerdir. Bu əcnəbilər 21 ölkədəndir. Onlardan 5-i Türkiyəni təmsil edir. Ən məhsuldar türkiyəli Oqtay Dərəlioğlu və həmyerliləri ümumilikdə 26 qol vurublar.

Bütün xəbərlər Facebook səhifəmizdə