"Bakı" klubu Topaz Premyer Liqasının XXI turunun "Simurq"la qarşılşamasına hazırlıqları Balakənda keçib. Siasport.az saytının məlumatına görə, axşam saatlarında adıçəkilən rayona çatan paytaxt təmsilçisi günü dincəlməklə başa vurub.
Düşərgədə bərpa prosesi keçən Uinston Parksın yoxluğunda zədəli və xəstə futbolçunun yer almaması yaxşı xəbərlər sırasındadır. Komanda oyunöncəsi son məqşini qarşılaşmanın baş tutacağı Zaqatala şəhər stadionunda saat 17.00-da keçirəcək.
"Simurq" 20 oyundan 34 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır. Zaqatalaya qələbə ardınca yollanan "Bakı" isə 26 xalla 7-ci pillədədir.
Xatırladaq ki, XXI turun "Simurq" - "Bakı" qarşılşaması 22 fevral 2013-cü il tarixdə Zaqatalada baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə