İstanbulun "Qalatasaray" klubu ilə keçirilən qarşılaşmadan sonra "Şalke"nin hollandiyalı ulduz futbolçusu Huntelar iddialı açıqlamalarla çıxış edib. Siasport.az saytı xəbər verir ki, hollandiyalı futbolçu, İstanbulda olduqca vacib qol vurduqularını deyərək, cavab qarşılaşmasına daha rahat şəkildə çıxacaqlarını dilə gətirib: "Burada qol vurmağımız əla oldu. Rəqib ilk dəqiqələrdəcə üstümüzə gəlməyə başladı. Lakin biz səbrlə oyunu öz nəzarətimizə sala bildik. İndi öz meydanımızda cavab qarşılaşmasına rahat çıxa bilərik."- deyə Huntelar bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB