İstanbulun "Qalatasaray" futbol klubunun forvardı Burak Yılmaz daha bir rekorda imza atıb. Siasport.az saytı xəbər verir ki, futbol üzrə UEFA Çempionlar Liqasında bu mövsüm ən çox qol vuran futbolçulardan olan B.Yılmaz dünən axşam "Şalke" ilə qarşılaşmada fərqələnərək, hesabındakı qolların sayını 7-ə çatdırıb. Bununla da türkiyəli futbolçu vurduğu qolların sayına görə "Real"ın ulduz futbolçusu Kriştiyanu Ronaldoya çatıb. Bu mövsüm Çempionla Liqasında portuqaliyalı futbolçunun aktivində də 7 qol mövcuddur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB