"Qalatasaray" "Şalke" ilə barabərə qaldı, "Milan" "Barselona"nı devirdi!

"Qalatasaray" "Şalke" ilə barabərə qaldı, "Milan" "Barselona"nı devirdi!

Bir neçə dəqiqə bundan əvvəl futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində ilk dövrənin sonuncu qarşılaşmaları keçirilib. Siasport.az saytı xəbər verir ki, İstanbulda yerli "Qalatasaray" futbol klubu Almaniyanın "Şalke" klubu ilə görüşüb. Olduqca gərgin keçən qarşılaşmada tərəflər 12-ci dəqiqədə Burak Yılmazın və 45-ci dəqiqədə Jermin Jonesin vurduqları qarşılıqlı qollar ilə meydandan 1:1 hesablı nəticə ilə ayrılıblar. Gecənin bir başqa qarşılaşmasında isə, "Milan" İtaliyada "Barselona" ilə üz-üzə gəlib. Bu qarşılaşmada meydan sahibləri katalonları 2:0 hesabı ilə məğlub ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə