Pepenin maraqlı arzusu...

Madrid "Real"ının portuqaliyalı futbolçusu Pepe, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Portuqaliyanın "Porto" futbol klubunun futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsində İspaniya "Malaqa"sını 1:0 hesabı ilə məğlub etməsi, ulduz futbolçunu yamanca ruhlandırıb. Belə ki, Pepe Çempionlar Liqasının finalında "Real" və "Porto"nun üz-üzə gəlməsini arzu edib. İspaniyalı jurnalistlərlə söhbət edən ulduz futbolçu bildirib ki, əgər "Porto" ilə qarşılaşsalar, bu onun üçün gözəl sürpriz olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə