Mirça Luçesku "Qalatasaray"- "Şalke" oyunu barədə proqnoz verdi

Mirça Luçesku "Qalatasaray"- "Şalke" oyunu barədə proqnoz verdi

"Qalatasaray"ın keçmiş baş məşqçisi Mirça Luçesku, bu axşam keçiriləcək "Qalatasaray"-"Şalke" oyunu ilə bağlı maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, hazırda Ukrayna "Şaxtyor"unun sükanı arxasında olan rumıniyalı futbol mütəxəssisi belə hesab edir ki, axşamkı qarşılaşmada üstün tərəf onun keçmiş komandası olacaq. O bunu onunla əsaslandırıb ki, "Qalatasaray"ın çılğın azarkeşləri, üstəlik Uesli Sneyder və Didye Droqba kimi ulduz futbolçuların böyük təcrübəsi, habelə alman klubunun ciddi zədə epidemiyası ilə çarpışması "Qalatasaray" üçün önəmli faktorlardır. İstanbul klubunun iki önəmli ulduz futbolçunu transfer etməklə UEFA Çempionlar Liqasında qarşısında böyük hədəflər qoyduğunu xatırladan M.Luçesku, "Qalatasaray"ın baş məşqçisi Fatih Terimin təcrübəsinin də axşamkı qarşılaşmada öz sözünü deyəcəyinə əmin olduğunu dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə