"Milan" yenidən "Barselona"ya qarşı!

Bu axşam İtaliyada yerli "Milan" klubu futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Barselona" ilə üz-üzə gələcək. Siasport.az saytı xəbər verir ki, Çempionlar Lİqasının tarixində bu ali turnirin mükafatını ən çox qazanan bu iki komandanın dueli maraqla gözlənilir. Keçən mövsüm bu iki komanda Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində qarşılaşmış, qalib tərəf İspaniya təmsilçisi olmuşdur. Axşamkı qarşılaşma, daha çox Leonel Messi ilə "Milan"ın yeni transferi olan Mario Balotelli arasında maraqlı mübarizə ilə də diqqəti çəkir. Xatırladaq ki, bu qarşılaşma Bakı vaxtı ilə saat 23:45-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə