Arsen Vengerdən acı etiraf...

Dünən axşam UEFA Çempionlar Liqasında "Bavariya"nın Londonda yerli "Arsenal"ı 3:1 hesabı ilə məğlub etməsindən sonra, London klubunun baş məşqçisi Arsen Venger maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, təcrübəli fransız futbol mütəxəssisi, rəqibi qələbə münasibəti ilə təbrik edərək, artıq bu nəticədən sonra Almaniyada nəyəsə nail olmağın çətin olacağını etiraf edib. O, futbolçularının sona qədər əzmkar mübarizə aparmalarını qeyd edərək bildirib ki, "Bavariya" daha üstün futbol oynadığı üçün qələbəyə sahib olub. A.Venger, ümidsizliyə baxmayaraq, cavab qarşılaşmasında sona qədər mübarziə aparacaqlarını dilə gətirib.

Bütün xəbərlər Facebook səhifəmizdə