Millimiz 1-ci olub

Belarusun Qomel şəhərində boks üzrə gənclər arasında beynəlxalq turnir keçirilib. Siasport.az saytının məlumatına görə, Əfqanıstanda həlak olmuş hərbçilərin xatirəsinə həsr olunmuş yarışda yerli idmançılarla yanaşı, Azərbaycan, Litva, Rusiya və Ukraynanın 80 dəri əlcək ustası mübarizə aparıb.

Millimiz yarışda 5 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq, ümumkomanda hesabında 1-ci yeri tutub. Turnirdə 52 kiloqram çəki dərəcəsində mübarizə aparan Məsud Yusifzadə finalda Dmitri Kulidanı (Belarus) məğlub etməklə yanaşı, həm də turnirin "Ən yaxşı boksçusu" üçün ayrılmış mükafata da sahib olub. Cavid Quliyev (64 kq) həlledici görüşdə yerli idmançı Aleksey Borisovu məğlub edib. Sadiq Səmədov (91 kq) və Məhəmmədəli Tahirov (91 kq-dan yuxarı) da bütün rəqibləri üzərində qələbə qazanaraq, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Roman Zakirov (69 kq) və Orxan Əliyev (81 kq) yalnız finalda məğlub olaraq, ikinci yeri tutmuşlar. Nurlan Nağıyev (60 kq), Nəbi Bağırov (75 kq) və Şamil Əliyev (81 kq) isə bürünc medalla kifayətləniblər.

Bütün xəbərlər Facebook səhifəmizdə