Super Liqada 14-cü turun oyunları keçirilib

Super Liqada 14-cü turun oyunları keçirilib

Voleybol üzrə qadınlar arasında təşkil olunan Azərbaycan Super Liqası yarışlarında 14-cü turun oyunları keçirilib. Siasport.az saytının məlumatına görə, Azərbaycan Voleybol Mərkəzində ilk olaraq meydançaya "Lokomotiv" və "Lokomotiv Biləcəri" komandaları çıxıblar. Maraqlı idman mübarizəsi şəraitində keçən görüşdən "Lokomotiv" komandası 3:0 hesablı qələbə ilə ayrılıb.

Günün ikinci qarşılaşması "Azərreyl" və "Azəryol Bakı" komandaları arasında olub. Bu görüşdə də 3:0 hesablı qələbə qeydə alınıb. Belə ki, "Azərreyl" rəqibinə qalib gələrək, aktivinə növbəti xalları yazdırıb.

Turun sonuncu görüşü "Rabitə" və "Telekom" komandaları arasında olub. Çempionlar Liqası yarışlarının "Dördlər finalı"na vəsiqə qazanan "Rabitə" rəqibinə qalib gələrək turnir cədvəlindəki mövqeyini möhkəmlədib. Hazırda "Rabitə" komandası 31 xalla turnir cədvəlinə liderlik edir.

Qeyd edək ki, növbəti tur fevralın 22-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə