Azərbaycan yığması Türkiyə millisindən üstün oldu

Azərbaycan yığması Türkiyə millisindən üstün oldu

19-20 fevral 2013-cü il tarixdə İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku yarışarı keçirilir. Siasport.az saytının məlumatına görə, yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarusiya, Qazaxstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan güləşçiləri iştirak edir.

Yarışın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarusiya, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparır.

Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirib. Təxminən 2 saat sonra Azərbaycan yığması ikinci görüşünü İran komandasına qarşı keçirəcək.

"B" yarımqrupu

AZƏRBAYCAN - TÜRKİYƏ 3-4

55 kq - Eldəniz Əzizli - Fatih Üçüncü (3:0, 1:0)
60 kq - Taleh Məmmədov - Mevlut Arık (5:0, 1:0)
66 kq - Rəsul Çunayev - Yüksel Atakan (0:3, 0:1)
74 kq - Şamil Ertuqanov - Şeref Tüfeng (0:1, 0:4)
84 kq - Rafiq Hüseynov - Selçuk Cebi (0:1, 0:1)
96 kq - Şalva Qadabadze - Cenk İldem (1:0, 1:0)
120 kq - Radomir Petkoviç - Rza Kayaalp (0:1, 0:2)


AZƏRBAYCAN - İRAN
AZƏRBAYCAN - QAZAXSTAN
AZƏRBAYCAN - MACARISTAN


Türkiyə-İran 3:4
Qazaxstan-Macarıstan 4:3
İran-Qazaxstan 6:1
Macarıstan-Türkiyə
Qazaxstan-Türkiyə
İran-Macarıstan

Bütün xəbərlər Facebook səhifəmizdə