İntizam Komitəsi cərimə və cəzaları açıqladı

İntizam Komitəsi cərimə və cəzaları açıqladı

AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Siasport.az saytı iclasda qəbul olunmuş qərarları nəzərinizə çatdırır:

16 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XX turunun "Qarabağ" – "Sumqayıt" matçının 32-ci dəqiqələrində "Qarabağ" klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğuna görə klub 1000 manat cərimə olunur (maddə 52).

17 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasının XX turunun "İnter" – "Qəbələ" matçında hər iki klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat cərimə olunur (maddə 40).

16 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XX turunun "Xəzər Lənkəran" – "Turan" oyunun 78-ci dəqiqəsində "Xəzər Lənkəran" klubunun 19 №-li futbolçusu Fuad İsmayılzadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 1000 manat cərimı olunur (maddə 37.1).

11 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın "İnter" – "Gənclik" matçının 59-cu dəqiqəsində "İnter" klubunun 7 №-li futbolçusu Bilal Qəmbərov rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 3 oyunluq cəzalanır (maddə 42.1).

11 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın "Turan" – "Simurq" matçının 31-ci dəqiqəsində "Turan" klubunun 3 №-li futbolçusu Ömər İsgəndərov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 36-cı dəqiqəsində "Simurq" klubunun 20 №-li futbolçusu Xəlil Xəlilli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

Oyunun 78-ci dəqiqəsində "Simurq" klubunun 7 №-li futbolçusu Ruslan Muradov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

15 fevral 2013-cü il "Azercell U-17 Liqa"nın ROİL – "Turan" matçında "Turan" klubu iştirak etmədiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilir (maddə 56).

16 fevral 2013-cü il "Kapital Bank U-15 Liqa"nın AZAL – "Qarabağ" matçının 50-ci dəqiqəsində "Qarabağ" klubunun 8 №-li futbolçusu Camal Camalov aqressiv hərəkətə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 4 oyunluq cəzalanır (maddə 38.3).

Oyunun 50-ci dəqiqəsində "Qarabağ" klubunun məşqçisi Asif Əlizadə hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.4).

Oyunun 70+1-ci dəqiqəsində AZAL klubunun baş məşqçisi Mehman Babayev hakimi təhqir etdiyinə görə texniki zonadan kənarlaşdırıldığı üçün 4 oyunluq cəzalanır (maddə 42.4).

U-11 liqasında çıxış edən "Xəzər-92" klubunun futbolçusu Samir Allahverdiyevin saxta lisenziya ilə iştirak etdiyi aşkar edilmişdir. Futbolçunun iştirak etdiyi bütün oyunlarda kluba 0:3 hesablı texniki məğlubiyyət verilir(maddə 51).

09 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Abşeron" – "Titan" matçının 25-ci dəqiqəsində "Abşeron" klubunun 44 №-li futbolçusu Namaz İsmayılov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2013-cü il Futzal üzrə həvəskarlar arasında Azərbaycan birinciliyinin "Disput" – "İnci" matçının 23-cü dəqiqəsində "Disput" klubunun 6 №-li futbolçusu Rüfət Fərzəliyev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır (maddə 48).

10 fevral 2013-cü il Futzal üzrə Azərbaycan I Divizionunun "Çevik" – "Ağdaş" matçının 38-ci dəqiqəsində "Ağdaş" klubun meydanı tərk etdiyi üçün kluba 0:5 hesablı texniki məğlubiyyət verilir (maddə 53).

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com