Olimpiadanın gümüş mükafatçısını güllələdilər

Olimpiadanın gümüş mükafatçısını güllələdilər

Pekin Olimpiadasının gümüş medalçısı Bəxtiyar Əhmədov güllələnib. Siasport.az-ın məlumatına görə, hadisə Mahaçqalada baş verib və atlet qarnından güllə yarası alaraq xəstəxanaya yerləşdirilib.
25 yaşlı idmançının yaralanmasını Dağıstanın Daxili İşlər Nazirliyi də təsdiq edib. Həmçinin onun tapançadan açılan atəşlə güllələndiyi bildirlir.
Güləşçinin üzərində əməliyyat aparılıb və o, reanimasiyaya yerləşdirilib. Həkimlərin sözlərinə görə, hazırda onun həyati təhlükə yoxdur.

Xatırladaq ki, Bəxtiyar Əhmədov 2008-ci il 120 kq çəki dərəcəsində Olimpiya oyunlarının iştirakçısı olub və gümüş medal qazanıb. Rusiyanın idman ustası həm də "Vətən qarşısında xidmətlərinə görə" II dərəcəli medalla da təltif edilib.

Anspress.com

Bütün xəbərlər Facebook səhifəmizdə