Ağsuda yeni idman kompleksi

Ağsu şəhərinin M. Rəsulzadə küçəsində idman kompleksinin inşasına başlanılıb. Siasport.az saytının məlumatına görə, idman kompleksi yerli sahibkar Nazim Babayev tərəfindən inşa etdirilir. Bu məqsədlə 0,4 hektar torpaq sahəsi ayrılıb. Kompleksdə 6 idman zalı olacaq. Bu zallarda yeniyetmə və gənclər idmanın bir sıra növləri ilə məşğul olmaq imkanı əldə edəcəklər.
İdman kompleksinin cari ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulub. Tikinti işlərində yerli inşatçılar çalışırlar.

Bütün xəbərlər Facebook səhifəmizdə