"Simurq" əsas heyətlə yanaşı, uşaq futboluna da diqqət ayırmaqda davam edir. Siasport.az saytının məlumatına görə, klub rəhbərliyi aşağı yaş qruplarından ibarət komandalarda və əvəzedici heyətdə yüksək səviyyəli qapıçıların yetişdirilməsi üçün tanınmış futbolçu Rauf Mehdiyevlə müqavilə imzalayıb. Ötən mövsüm karyerasının başa vuran gənc mütəxəssis artıq "Simurq"da məşqçilik fəaliyyətinə başlayıb.
Rauf Mehdiyev futbolçu karyerasına 1992-ci ildə Sabirabadın "İnşaatçı" klubunda başlayıb. Daha sonra isə Bakının "Tərəqqi", "Azəri", "Neftçi" "Ferid", o cümlədən "Şəmkir", "Qarabağ", "Bakı", "Olimpik", "Karvan" komandalarında forma geyinib. Karyerasına isə "Neftçi" klubunda son qoyub. Təcrübəli əlcək ustası 2009-cu ildə "Simurq"da da oynayıb. O, komandanın UEFA-nın təsnifat mərhələsindəki çıxışı zamanı şərəfini qoruyub. Rauf Mehdiyev həmçinin 2004-2008-ci illərdə yığma komandanın heyətinə də dəvət alıb.
Qeyd edək ki, R.Mehdiyev "Simurq"dakı ilk məşqçilik sınağında əvəzedici heyətin qapıçıları ilə yanaşı, aşağı yaş qrupları ilə də işləyəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB