Bu axşam "Arsenal"-"Bavariya" "dueli" başlayacaq

Bu axşam "Arsenal"-"Bavariya" "dueli" başlayacaq

Bu axşam UEFA Çempionlar Liqasının 1/8 final qarşılaşması çərçivəsində daha iki oyun keçiriləcək. Siasport.az saytı xəbər verir ki, əsas diqqətlər Londona yönələcək. Burada yerli "Arsenal" Almaniya "Bavariya"sını qəbul edəcək. Hər iki komandanın baş məşqçiləri bu qarşılaşma barədə iddialı danışıblar. Amma görünən odur ki, Avropanın iki iddialı futbol klubunun qarşılaşmasında istənilən sürpriz nəticə qeydə alına bilər. Digər bir qarşılaşma isə, "Malaqa" və "Portu" arasında keçiriləcək. Bir çox futbol mütəxəssisləri, son vaxtlar həm İspaniya La Liqasında, həm də UEFA Çempionla Liqasında uğurla çıxış edən "Malaqa"nın təcrübəli "Portu" qarşısında hansı nəticə göstərəcəyini maraqla gözləyirlər. Xatırladaq ki, hər iki qarşılaşma Bakı vaxtı ilə axşam saat 23:45-də baş tutacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə