Berluskoni: "Messini durdurun!"

Sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Barselona" ilə qarşılaşacaq İtaliya "Milan"ında bu oyuna böyük diqqət ayrılıb. Siasport.az saytı xəbər verir ki, artıq "Milan"ın məşqçilər korpusu futbolçuları bu qarşılaşmaya kökləmək üçün bütün imkanları səfərbər ediblər. İtaliya mətbuatı isə xəbər verir ki, "Milan"ın prezidenti Silvio Berluskoni, "Barselona" ilə keçiriləcək sabahkı qarşılaşma barədə danışıb. S.Berluskoni bu qənaətdədir ki, komandasının "Barselona"ya qalib gələ bilməsi üçün, ilk əvvəl Leonel Messinin dayandırılması barədə fikirləşməlidirlər: "Məncə "Barselona"nın hazırkı gücünün əsas hissəsi Leonel Messidir. Onu "bağlaya" bilsək, məncə bizim "Barselona"ya qalib gəlməyimiz sürpriz sayıla bilməz"-deyə S.Berluskoni fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə