Azərbaycan güləşçilərinin Dünya Kubokundakı rəqibləri müəyyənləşib

Azərbaycan güləşçilərinin Dünya Kubokundakı rəqibləri müəyyənləşib

Fevralın 19-20-də İran İslam Respublikasının paytaxtı Tehranda yunan-Roma güləşi üzrə böyüklər arasında dünya Kuboku yarışları keçiriləcək. Siasport.az saytının məlumatına görə, yunan-Roma güləşi yarışlarında Azərbaycanla yanaşı, Rusiya, Türkiyə, İran, Belarus, Qazaxıstan, Bolqarıstan, Koreya, Ermənistan və Macarıstan idmançıları iştirak edəcəklər.

Artıq yarışın püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə əsasən, Azərbaycan yığması Türkiyə, İran, Qazaxıstan və Macarıstanla birgə "B" yarımqrupunda, Rusiya, Bolqarıstan, Belarus, Koreya və Ermənistan komandaları "A" yarımqrupunda mübarizə aparacaqlar.
Azərbaycan güləşçiləri ilk görüşünü Türkiyə yığmasına qarşı keçirəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə