"Fənərbaxça"-"Beşiktaş" derbisinin vaxtı məlum oldu

Futbol üzrə Türkiyə Superliqasının 24-cü turu çərçivəsində daha bir derbi qarşılaşması keçiriləcək. Siasport.az saytı xəbər verir ki, martın 3-də "İsmət İnönü" stadionunda "Beşiktaş" və "Fənərbaxça" münasibətlərinə aydınlıq gətirəcəklər. Turnir cədvəlində 2-ci və 3-cü yerləri bölüşdürən bu əzəli rəqib olan komandaların qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq. Türkiyə mətbuatı xəbər verir ki, hazırda hər iki komandanın azarkeşləri arasında bu oyunla bağlı ciddi polimikalar başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə