Madrid "Atletiko"sunun türkiyəli forvardı Arda Turan, nişanlısı Sinem Kobala qarşı bir sıra sərt qadağalar qoyub. Siasport.az saytı Türkiyənin "Milliyet" qəzetinə istinadən xəbər verir ki, ulduz futbolçusu modelyer olan nişanlısına artıq təkbaşına mərasimlərə və əyləncə yerlərinə getməyi, habelə rəfiqələri ilə gecə gəzintilərinə çıxmağı qadağan edib. Bundan başqa, A.Turan S.Kobala, maqazin proqramlarında şəxsi həyatı ilə bağlı bir kəlmə də olsun danışmağı qadağan edib. Xatırladaq ki, bu cütün toy mərasimi iyunun 15-də baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB