2013-cü il martın 30-dan aprelin 7-dək AFFA tərəfindən C kateqoriyalı məşqçi kursu keçiriləcək. Siasport.az saytının məlumatına görə, kursda iştirak etmək üçün aşağıdakı sənədlər tələb olunur:
1. Ərizə
2. Şəxsiyyət vəsiqəsinin surəti
3. Sağlamlıq haqqında arayış
4. 2 ədəd şəkil (3x4)
5. Tərcümeyi-hal
Kursda iştirak üçün ödənişin məbləği 500 manatdır. Ödəniş nağd və ya köçürmə yolu ilə aparıla bilər.
Əlaqələndirici şəxs: Anar Şıxəliyev
Əlaqə telefonu: +994 12 489 50 66, +994 12 490 83 08
E-mail: [email protected]
Həftənin I-V günləri saat 9:00-dan 18:00-dək müraciət etmək olar.
Qeyd edək ki, yalnız 18 yaşı tamam olmuş şəxslər müraciət edə bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB