İranın Xoy şəhərində boks üzrə beynəlxalq "Facr" turniri keçirilib. Siasport.az saytının məlumatın görə, turnirdə İranın, Türkiyənin komandaları ilə yanaşı, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə ezam olunmuş Azərbaycan komandası da iştirak edib. İdmançılarımız 7 çəki dərəcəsində qüvvələrini sınayıblar. Nəticələrə görə, 49 kq çəki dərəcəsində III yerə Pərviz Rzayev, 56 kq çəki dərəcəsində I yerə Xəyyam Məmmədov, 60 kq çəki dərəcəsində III yerə Vüsal Bayramov, 64 kq çəki dərəcəsində II yerə Aslan Mehdiyev, 69 kq çəki dərəcəsində II yerə Ruslan Qasımov, 75 kq çəki dərəcəsində III yerə Naib Nağıyev, 81 kq çəki dərəcəsində I yerə Hüseyn Qasımov, məşqçılər arasında isə İlkin Seyfəddinov ən yaxşı məşqçi adına layiq görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB