Yığmamızın baş məşqçisi xatirə turnirində iştirak edəcək

Yığmamızın baş məşqçisi xatirə turnirində iştirak edəcək

Şahmat üzrə Azərbaycan yığmasının baş məşqçisi Vladimir Tukmakov ABŞ-da məşhur şahmatçı Yuri Razuyevin xatirəsinə həsr olunmuş turnirdə iştirak edəcək. Siasport.az saytının məlumatına görə, avqustun 8-dən 11-dək ABŞ-ın Merilend ştatının Rokvill şəhərində təşkil olunacaq turnirdə Y. Razuyevin dostları - qrossmeysterlər Vladimir Tukmakov, Adrian Mixalçişin, Boris Gulko, Serqey Makarıçov, tanınmış şahmatçılar İrina Kruş, Anna Zatonskix, Nazi Paikidze və Elmira Skripçenkoya mübarizə aparacaqlar.

Yarış Merilend Şahmat Federasiyasının təşkilatçılığı ilə keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə