Böyükağa Hacıyev: "Azərbaycanda “Neftçi”yə rəqib ancaq “Neftçi” özüdür”

Böyükağa Hacıyev: "Azərbaycanda “Neftçi”yə rəqib ancaq “Neftçi” özüdür”

Topaz Premyer Liqasının 20-ci turuna "Simurq" - "Neftçi" oyunu ilə yekun vurulub. Siasport.az saytının məlumatına görə, rəqibini səfərdə 2:0 hesabı ilə məğlub edən "Neftçi" ikinci pillədə möhkəmlənib. Hər iki komandanın baş məşqçilərinin fikirlərini nəzərinizə çatdırıq:

Böyükağa Hacıyev, "Neftçi" klubunun baş məşqçisi: "Çox maraqlı oyun oldu. Rəqib oyun boyu qapımızda yüz faizlik epizod yarada bilmədi. İkinci hissədə üç real qol imkanından yararlana bilmədik. Üç xalı əldə etdik. Azərbaycanda "Neftçi"yə rəqib ancaq "Neftçi" özüdür".

Georgi Çixradze, "Simurq" klubunun baş məşqçisi: "Daha aktiv oynamalı idik, amma bunu bacarmadıq. İki səhv buraxıb qapımızda iki qol gördük. Bundan sonra komandaya oynamaq çətin idi. İkinci hissədə daha cəld oynamağa çalışsaq da, bu, bir nəticə vermədi".

Bütün xəbərlər Facebook səhifəmizdə