Topaz Premyer Liqasının 20-ci turunda "Xəzər Lənkəran" doğma meydanda "Turan"ı 4:2 hesabı ilə məğlub edib. Siasport.az saytı oyundan sonra baş məşqçilərin qarşılaşma barədə səsləndirdikləri fikirləri nəzərinizə çatdırır:
Əfqan Talıbov, "Turan" klubunun baş məşqçisi: "Gözəl oyun keçdi. Bundan əvvəlki oyunlarda səhvlərimiz olmuşdu. Bu gün onları aradan qaldırmağa çalışdıq. Buna tam nail ola bilmədik. Hesab 3:2 olanda komandamız ürəkləndi, heç-heçə qurtarsaydı daha yaxşı nəticə olardı".
Karles Bakes, "Xəzər Lənkəran" klubunun baş məşqçisi: "Bir neçə qol imkanımızu, qapı dirəyindən dönən toplarımız oldu. İki oyuna 6 qol vurub 5 qol buraxmışıq. Sadə səhvlərdən qollar buraxırıq, bunu aradan qaldırmalıyıq. Qarşıda bizi çətin oyunlar gözləyir. Kamal Bayramova tezliklə zədəsini sağaltmağı arzulayıram".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB