Topaz Premyer Liqasının 20-ci turu cərçivəsində lider "İnter" doğma meydanda "Qəbələ"ni qəbul edib. Siasport.az saytının məlumatına görə, rəqibini 2:1 hesabı ilə məğlub edən paytaxt komandası turnir cədvəlində mövqeyini qoruyub. Baş məşqçilərin fikirlərini nəzərinizə çatdırırıq:
Ramiz Məmmədov, "Qəbələ" klubunun baş məşqçisi: "Çətin oyun olacağını bilirdik. Komandam pis oynamadı. İlk hissədə 3-4 qol vəziyyətindən yararlansaydıq, verilən taprşırıqları yerinə yetirmiş olardıq. Rəqibin vurduğu hər iki qol öz səhvimizdən oldu".
Kaxaber Sxadadze, "İnter" klubunun baş məşqçisi: "Komandamı qələbə münasibəti ilə təbrik edirəm. Hər oyun final kimidir. Bəzi futbolçular oyuna tam hazır deyildi. Arif Daşdəmirov toplanışda başdan sonadək iştirak edə bilməsə də bu gün 90 dəqiqə meydanda mübarizə apardı. İlk qoldan sonra pis oynadıq, "Qəbələ"nin futbolçuları fərdi cəhətdən bizim müdafiəçiləri üstələdi. İkinci qolu vurduqdan sonra isə müdafiəyə çəkilib rəqibin boşluqlarından istifadə etməyə çalışdıq. Bütün oyunlara həm fiziki, həm də psixoloji hazır olmalıyıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB