Sabah UEFA Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində səfərdə "Arsenal" ilə qarşılaşacaq "Bavariya", bu görüşə ciddi hazırlaşır. Siasport.az saytı xəbər verir ki, artıq alman klubunun düşərgəsindən iddialı açıqlamalar gəlməyə başlayıb. Belə ki, "Bavariya"nın hollandiyalı ulduz futbolçusu Arien Robben, "Ulduz futbolçularınızı satmaqla çempion ola bilməzsiniz" deyərək, "Arsenal"ı hədəfə alıb. "The Sun"a müsahibə verən hollandiyalı ulduz futbolçu, "topçuların" Roben Van Persini "Mançester Yunayted"ə satmasına diqqət çəkərək bildirib ki, bu gedişlə mövsümün sonunda London klubunda bircə dənə də olsun ulduz futbolçu qalmayacaq. O, bütün bunlarla yanaşı, "Arsenal"ı ciddi rəqib kimi qəbul etdiklərini, sabahkı qarşılaşmada var gücləri ilə mübarizə aparacaqlarını dilə gətirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB