"Arsenal" Viktor Valdes üçün hərəkətə keçdi

"Arsenal" Viktor Valdes üçün hərəkətə keçdi

İspaniyanın "Barselona" futbol klubundan ayrılmağa hazırlaşan Viktor Valdes, futbol koryerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. Siasport.az saytı xəbər verir ki, London "Arsenal"ının baş məşqçisi Arsen Venger, komandasının hazırkı qapıçılarından narazı olduğunu açıq şəkildə bəyan etməsindən sonra, bütün diqqətini V.Valdesə yönəldib. İngilis mətbuatı yazır ki, fransız futbol mütəxəssisi, "Arsenal" rəhbərliyini mövsümün sonunda "Barselona"dan ayrılacaq V.Valdesi komandaya qazandırmaq üçün hərəkətə gətirib. "Dumanlı albiom" mətbuatı yazır ki, komanda rəhbərliyi də A.Vengerin bu təşəbbüsünü dəyərləndirərək, V.Valdesin meneceri ilə artıq təmasa keçib.

Bütün xəbərlər Facebook səhifəmizdə