"Xəzər Lənkəran" klubunun baş məşqçisi Karles Bakes Sportal.az saytına müsahibə verib. Siasport.az saytı müsahibəni təqdim edir:
- Əvvəlcə "İnter"lə oyun haqqında fikirlərinizi bilmək istərdik...
- Birinci hissədə sanki komandam meydanda nə olduğunu anlamırdı. Elə bil ki, onlar meydanda nəsə olacağını gözləyirdilər. Oyuna qeyri-ciddi yanaşırdılar. Bunun da nəticəsi kimi erkən qol buraxdılar. Bu qol bizə çox pis təsir etdi.
- Qarşıda "Xəzər Lənkəran"ın 3 oyunu var. Bu oyunlar haqqında nə düşünürsüz?
- Bizi qarşıda ölüm-dirim mübarizəsi olan 3 oyun gözləyir. Bu oyunlara lazımı səviyyədə hazırlaşmaq lazımdı. Həmin matçlarda ancaq qələbə haqqında düşünürük. Addım-addım irəli getməliyik. Bizim qələbədən başqa heç bir şansımız yoxdur. Geriyə baxa bilmərik artıq.
- Yeni gələn futbolçuların ilk oyunda zəif təsir bağışlaması sizi qayğılandırmır?
- Əlbəttə, bu, bizim üçün əlavə qayğıdır. Həmin futbolçular Antalyadakı təlim-məşq toplanışına vaxtında gəlsə idilər, indi belə olmazdı. Onların uyğunlaşması üçün vaxta ehtiyac var. Amma bizim vaxtımız yoxdur. Artıq biz ancaq qələbə barədə düşünməliyik. Başqa variantımız yoxdur.
- "Xəzər Lənkəran" həmişə çempionluğa oynayan komanda olub. Əgərə komanda ilk "altılığ"a düşməsə, bu, faciə sayılacaq?
- Bəli, bu, faciə sayılacaq. Çünki biz ilk "altılıq"da oynamağa layiq komandayıq. Əlimizdən gələni edəcəyik ki, "play-off"a vəsiqə qazanaq.
- Azarkeşlər komandadan artıq inciyiblər...
- Bəli, bilirəm və bunu normal qarşılayıram. Belə azarkeşi olan komanda ən yüksək yerlərə layiqdir. Onlar bizim üçün hər şey edirlər, amma biz nəticə göstərə bilmirik. Buna görə də onların bizdən inciməyə haqqı var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB