Böyükağa Hacıyev: "Soyuq başla müqayisə edəndə görünür ki..."

Böyükağa Hacıyev: "Soyuq başla müqayisə edəndə görünür ki..."

"Neftçi" PFK-nın baş məşqçisi Böyükağa Hacıyev komandanın Avropa Liqasındakı rəqiblərinin çıxışlarına münasibət bildirib. Siasport.az saytının məlumatına görə, mütəxəssis "Rubin"lə "İnter"in keçirdiyi matçları dəyərləndirib: "Bizimlə eyni qrupda mübarizə aparmış "Rubin" və "İnter"in oyunlarını izlədim. Hər iki klub qazandıqları qələbə ilə yarışdakı iddialarını nümayiş etdirdilər. Qrupumuzdan növbəti mərhələyə vəsiqə qazanmış "Rubin" səfərdə "Atletiko" Madridi məğlub etdi. İspaniya komandasının gücündən danışmaq məncə artıq olar. Belə yarımmüdafiə və hücum xətti olan komanda "Rubin"lə görüşdə fərqlənə bilmədi. "İnter" də elə ilk oyunda cütün taleyini demək olar ki həll etdi. Bu, həmin "İnter"di ki, "Neftçi" onunla səfər matçinda 2:2 hesablı heç-heçəyə nail olmuşdu. Hətta mən deyərdim ki, İtaliya təmsilçisi yarışın favoritidir. İndi soyuq başla müqayisə edəndə görünür ki, biz hansı gücdə olan rəqiblərlə qarşılaşmışıq və layiqli mübarizə aparmışıq".

Bütün xəbərlər Facebook səhifəmizdə