UEFA Avropa Liqası çərçivəsində "ÇFR Kluj"la qarşılaşmada qələbə qazanan Milan "inter"i, bunun əvəzində ciddi itki ilə üzləşib. Siasport.az saytı xəbər verir ki, Rumıniya klubu ilə qarşılaşmada zədə alaraq meydanı tərk edən Diyeqo Milito, artıq mövsümün sonuna qədər yaşıl meydanlara dönə bilməyəcək. Klubun rəsmi açıqlamasında, ilkin tibbi baxışdan sonra ulduz futbolçunun zədəsinin olduqca ciddi olduğu və mövsümün sonuna qədər "İnter"də forma geyə bilməyəcəyi barədə məlumat yer alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB