Türkiyə mətbuatında "Beşiktaş" futbol klubunun portuqaliyalı forvard Manuel Fernandesi mövsümün sonunda transferə çıxaracağı ilə bağlı iddialar yer almağa başlayıb. Siasport.az saytı xəbər verir ki, bu iddialara görə İstanbul klubu M.Fernandesi satmaqla, həm ona ödədiyi yüksək məbləğdən xilas olmağa çalışır, həm də yüksək gəlir əldə etmək istəyir. Amma "Beşiktaş"ın futbol komitəsinin təmsilçisi Ahmet Kavalçı, bu iddiaların tam əksinə düşünür. Belə ki, "Karakartal.com"a açıqlama verən A. Kavalçı bildirib ki, həttda 15 milyon avro təklif olunsa da, "Beşiktaş" klubu M.Fernandesi heç bir kluba satmağı düşünmür. O bildirib ki, hazırda rəhbərlik portuqaliyalı futbolçu ilə yeni müqavilə imzalamağa hazırlaşır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB