"Trabzonspor" futbol klubunun prezidenti Sadri Şener, "Qalatasaray"ın futbolçusu Felipe Melo haqqında xoşagəlməz ifadələr işlədib. Siasport.az saytı xəbər verir ki, Burak Yılmazın "Trabzonspor"u tərk edərək "Qalatasaray"la anlaşmasından sonra, son vaxtlar iki klub arasında yaranan gərginlik pik həddə çatıb. "CNN Türk" televiziyasında çıxış edən S.Şener, F.Melonun qollarındakı döymələri və bir sıra səbəbləri əsas gətirərək, "Felipe Meloya baxanda düşünürsən ki, bu əsl cinayətkardır" deyə fikrini əsaslandırıb. Heç şübhəsiz ki, "Trabzonspor" prezidentinin bu açıqlaması iki klub arasında növbəti gərginlik üçün ciddi faktora çevriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB