İstanbulun "Fənərbaxça" futbol klubunun qış transfer dövründə heyətinə qatmaq üçün mübarizə apardığı Yones Belhanda, maraqlı açıqlama ilə çıxış edib. Siasport.az saytı xəbər verir ki, Fransanın "Montpeller" klubunda forma geyən gənc futbolçu bildirib ki, klub prezidenti onun üçün gələnə bütün transfer təkliflərini geri çevirərək, özünün komanda üçün nə qədər dəyərli olduğunu isbatlayıb: "Klub prezidentinin bu mövqeyi məni çox sevindirdi. demək ki, mən bu komanda üçün önəmli birisiyəm. Mən də "Mondpeller"dəki futbol həyatımdan məmnunam"-deyə Y.Belhanda fikrini tamamlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB