“Xəzər Lənkəran” 13-cü qələbə üçün STATİSTİKA

“Xəzər Lənkəran” 13-cü qələbə üçün STATİSTİKA

"Xəzər Lənkəran" Topaz Premyer Liqasının XX turunda "Turan"ı qəbul edəcək. Siasport.az saytının məlumatına görə, Lənkəranda baş tutacaq qarşılaşma rəqiblər arasında 19-cu matç olacaq. Bunadək komandalar 17 dəfə çempionat, 1 dəfə kubokda qarşılaşıb.

Penaltilər seriyasınadək davam edən kubok matçının 120 dəqiqəsinin nəticəsini nəzərə alsaq, "Xəzər Lənkəran" 12, "Turan" cəmi 2 qələbə qazanıb. Daha 4 matç isə heç-heçə başa çatıb. Bu matçlarda cənub təmsilçisi 31 top vurub və 11-ni buraxıb.

Çempionatdakı 17 matçda isə 12 qələbə qazanan komanda 3 heç-heçə edib və 2 dəfə uduzub. Bu qarşılaşmalardakı top fərqində "Xəzər Lənkəran" 3 qat üstünlüyə malikdir - 30:10.

9-cu dəfə öz meydanında baş tutan görüşlərdə aşkar favorit "Xəzər Lənkəran"dır. 6 qələbə qazanan komanda 2 dəfə heç-heçə edib və heç vaxt məğlub olmayıb. Qonaqları 15 qolla məyus edən "Xəzər Lənkəran" cəmi 2 dəfə qol üzüntüsü yaşayıb.

2004/05 07.08.2004 AÇ səfərdə 1:1
2004/05 06.04.2005 AÇ evdə 1:0
2005/06 11.12.2005 AÇ səfərdə 0:1
2005/06 14.05.2006 AÇ evdə 1:0
2006/07 23.09.2006 AÇ evdə 0:0
2006/07 12.05.2007 AÇ səfərdə 3:2
2007/08 16.09.2007 AÇ evdə 2:0
2007/08 27.04.2008 AÇ səfərdə 4:0
2008/09 13.09.2008 AÇ evdə 5:0
2008/09 21.02.2009 AÇ səfərdə 1:0
2009/10 12.09.2009 AÇ evdə 1:1
2009/10 13.12.2009 AÇ səfərdə 2:1
2010/11 23.10.2010 AÇ evdə 2:0
2010/11 04.12.2010 AÇ səfərdə 2:1
2011/12 20.08.2011 AÇ evdə 3:1
2011/12 07.03.2012 AÇ səfərdə 1:0
2012/13 29.09.2012 AÇ səfərdə 1:2
2012/13 28.11.2012 AK səfərdə 1:1, p.5:3

Bütün xəbərlər Facebook səhifəmizdə