VI Bakı Beynəlxalq Futzal Turniri çərçivəsində keçirilmiş Moldova - Azərbaycan oyunundan sonra hər iki komandanın baş məşqçisi fikirlərini bildirib. Siasport.az saytı mütəxəssislərin fikirlərini diqqətinizə çatdırır:
Joze Alesio Da Silva (Azərbaycan millisinin baş məşqçisi): "Oyundan-oyuna daha yaxşı təsir bağışlayırıq. İnkişaf var. Komandanın hazırlığı pis deyil. Rəqibə gəlincə, Moldova yığması gənc və yaxşı komandadır. Aqressiv oynadılar. Qarşıda Belarus yığması ilə final oyunumuz var. Çətin oyun olacaq. Finalda belaruslu futzalçılarla oynayacağımızı ehtimal edirdik. İndi qalib gəlmək qalır".
Vladimir Vusati (Moldova millisinin baş məşqçisi): "Rəqibimiz güclü idi. Azərbaycan millisinə qarşı bacardığımız kimi oynadıq. Komandamız gəncdir, bəzi oyunçular həyəcanlı idi. Millimizdə nəsildəyişmə prosesi gedir. Ötən seçmə mərhələdə oynayan futzalçılardan indiki heyətdə cəmi dörd oyunçu qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB