Finalda Azərbaycan Belarusla qarşılaşacaq

VI Bakı Beynəlxalq Futzal Turnirində qrup mərhələsinə yekun vurulub. Siasport.az saytının məlumatına görə, Özbəkistan millisi 2:1 hesabı ilə belaruslu futzalçıları məğlub edib. Növbəti qarşılaşmada isə Azərbaycan millisi Moldova yığmasına qalib gəlib - 6:1.

Beləliklə, fevralın 16-da final mərhələsində aşağıdakı oyunlar keçiriləcək:

5-ci yer uğrunda oyun

Saat 14:30. Moldova – Azərbaycan-2

3-cü yer uğrunda oyun

Saat 16:30. Latviya – Özbəkistan

Final

Saat 18:30. Azərbaycan – Belarus

Bütün xəbərlər Facebook səhifəmizdə