"Barselona" Viktor Valdesə əvəz tapıb

"Barselona" Viktor Valdesə əvəz tapıb

İspaniyanın "Barselona" futbol klubu, katalon klubu ilə yollarını ayırmağa qərar verən Viktor Valdesin əvəzinə yeni qolkiper transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, "Barselona" klubu Münxengladbax "Borussiya"sında forma geyən gənc Andre Ter Stegeni mövsümün sonunda rənglərinə bağlamağa hazırlaşır. İspaniyanın "El Munda Deportivo" qəzeti yazır ki, katalon klubu, artıq alman komandası ilə qeyri-rəsmi də olsa ilkin razılaşma da əldə edib. Qəzet iddia edir ki, 20 yaşlı gənc qapıçı artıq bu barədə yaxın ətrafına da məlumat verib.

Bütün xəbərlər Facebook səhifəmizdə