Azərbaycan atleti Avropanın lideridir

Azərbaycan atleti Avropanın lideridir

Azərbaycan atleti Hayle İbrahimov Fransada keçirilən beynəlxalq turnirdə 3000 metr məsafəni 7.39.79 nəticə ilə başa vurub və ikinci yerə layiq görülüb. Siasport.az saytının məlumatına görə, bu nəticə ilə o, yeni ölkə rekorduna nail olub.

Qeyd edək ki, Hayle İbrahimov 10 gün əvvəl Almaniyanın Karlsruhe şəhərində keçirilmiş beynəlxalq turnirdə həmin məsafəni 7.41.49 nəticə ilə başa vurmuş və 3-cü olmuşdu. Hazırda atletimiz Avropanın lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə