"Sumqayıt" "Qarabağ"la oyuna hazırlaşır

"Sumqayıt" "Qarabağ"la oyuna hazırlaşır

Topaz Premyer Liqasının son turunda "Bakı" ilə heç-heçə edən (1:1) "Sumqayıt" klubu bir günlük istirahətdən sonra yenidən bir araya gəlib. Siasport.az saytının məlumatına görə, dünən "Bayıl Arena"da məşqə çıxan Bernhard Raabın komandası tam heyətlə "Qarabağ"la oyuna hazırlaşır. Bu arada, əvəzedici komandanın iki üzvü - Bayram Nuruzadə və Fərid Kərimzadə də əsas komandaya cəlb olunub. Hər iki futbolçu səhər məşqində iştirak edib.

Qeyd edək ki, "Sumqayıt" klubu Topaz Premyer Liqasının növbəti turu çərçivəsində fevralın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda "Qarabağ"ın qonağı olacaq. Qarşılaşma saat 16:00-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə