"Qarabağ" klubu "Sumqayıt"la oyunun hazırlıqlarına başlayıb. Siasport.az saytının məlumatına görə, Premyer Liqanın XX turunda "Gənclik şəhəri"nin təmsilçisini qəbul edəcək "Qarabağ" dünən 2 məşq keçib.
Komandada bütün futbolçuların sıraya dönməsi üzləri güldürür. Ağdam təmsilçisinin supertransferi Reynaldo da artıq məşqlərdə iştirak edir. "Anderlext"dən transfer olunan yarımmüdafiəçi Belçikadan geri dönərək "Qarabağ"da çalışmalara başlayıb.
Qeyd edək ki, "Qarabağ" - "Sumqayıt" oyunu fevralın 16-sı, saat 16:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB